"Neftçi"nin potensial rəqiblərinin Bakıdakı oyununun vaxtı açıqlandı

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibləri olan "Jelezniçar"la (Bosniya və Herseqovina) "Dinamo" (Minsk, Belarus) arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, iyulun 20-də oynanılacaq qarşılaşma saat 21:00-da start götürəcək. Matç "Qarabağ"a məxsus "Azersun Arena"da təşkil olunacaq.

Qeyd edək ki, Belarus klubları UEFA-nın qərarına görə ev oyunlarını neytral meydanda keçirir. Buna görə də "Dinamo" "Jelezniçar"ı Bakıda qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right