"Qəbələ"nin rəqibi Polşaya yollanacaq

"Qəbələ"nin Konfransları Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Omoniya" mövsümə hazırlıq planlarını müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, iyulun 4-də Kipr təmsilçisi Polşaya təlim-məşq toplanışına yollanacaq və burada üç yoldaşlıq oyunu keçirəcək.

“Qəbələ”nin rəqibi “Qornik” (7 iyul), “Hapoel Beer-Şeva” (8 iyul) və “Radomyak”la (15 iyul) ilə oynayacaq.

Xatırladaq ki, “Qəbələ” iyulun 27-də Qəbələdə, avqustun 3-də isə “Omoniya” Kiprdə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right