Murad Musayev: "Biz güclüyük, heç kimdən qorxmuruq"

"Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ikinci təsnifat mərhələsindəki püşkatmanı dəyərləndirib.

Newsport.az xəbər verir ki, rusiyalı mütəxəssis "Makedoniya" və RFS haqda danışıb: 

"Avrokuboklarda debüt edəcəyimizi nəzərə alsaq, istənilən klubla oyun bizim üçün ciddi sınaqdır. RFS Latviya çempionatının liderlərindən biridir və ötən mövsümdə Konfrans Liqasının qrup mərhələsində iştirak ediblər. Bu komandanın əsas üstünlüyü hazırda çıxış etdiyi ölkədə çempionatın davam etməsidir ki, bu da onlara avrokubok oyunlarına əla formada gəlmələrinə şərait yaradacaq. “Makedoniya GP” ardıcıl ikinci ildir ölkə kubokunu qazanır. Bu amil onların pley-off matçlarında oynamaq bacarığından xəbər verir. Növbəti mövsümün hazırlıqlarına bu gün başlayacağıq. Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq. Bütün gücümüzü ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right