Konfrans Liqasının yarımfinal mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Newsport.az-ın məlumatına görə, həftənin futbolçusu adına "Lex"dən Yesper Karlström, "Vest Hem"dən Maykl Antonio, "AZ Alkmaar"dan Vangelis Pavlidis və "Bazel"dən Auqustin namizəddir.
UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək sorğudan sonra qalibin adı dəqiqləşəcək.