Bu gün Azərbaycan basketbol liqasında 26-cı turun oyunları keçiriləcək.
Newsport.az məlumatına görə, “Sərhədçi” idman mərkəzində iki matç oynanılacaq. Parket üzərinə öncə “Sabah” və NTD klubları çıxacaq. Hər iki komanda pley-off zonasına vəsiqə qazanıb. “AAAF Xırdalan” isə “Sərhədçi” ilə matçda qalib gələrsə, pley-off zonasına düşəcək növbəti komanda olacaq.
17:30 “Sabah” – NTD
20:00 “AAAF Xırdalan” – “Sərhədçi”