Konfrans Liqası: "Lex" "Fiorentina"ya, "Gent" "Vest Hem"lə oynayacaq

UEFA Konfrans Liqasında püşkatma mərasimi baş tutub.

Newsport.az-ın məlumatına görə, Nyonda keçirilmiş tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olub.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Final matçı iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

UEFA Konfrans Liqası

1/4 final

“Lex” (Polşa) - “Fiorentina” (İtaliya)

“Gent” (Belçika) ­- “Vest Hem” (İngiltərə)

“AZ Alkmaar” - “Anderlext” (Belçika)

“Bazel” (İsveçrə) - “Nitsa” (Fransa)

Yarımfinal

“Lex” (Polşa)/“Fiorentina” (İtaliya) cütünün qalibi - “Bazel” (İsveçrə)/“Nitsa” (Fransa) cütünün qalibi
“Gent” (Belçika)/“Vest Hem” (İngiltərə) cütünün qalibi - “AZ Alkmaar”/“Anderlext” (Belçika) cütünün qalibi

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right