Riçard Almeyda: "Bu il avrokuboklarda etdiklərimizlə qürur duymalıyıq"

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avrpa Konfrans Liqasının "Gent"lə cavab görüşündən sonra isntaqram hesabında paylaşım edib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi bu mövsüm avrokuboklardakı çıxışları ilə qürur duyduqlarını bildirib:

"Azərbaycan xalqını sevindirmək istəyirdik. Amma futbol elədir ki, bir gün qalib gəlirsən, bir gün isə uduzursan. Bu il avrokuboklarda etdiklərimizlə qürur duymalıyıq! İndi isə diqqətimizi çempionata yönəltməyin vaxtıdır ki, gələn il həmişəkindən daha güclü qayıda bilək... Tanrı hər şeyi bilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right