"Qarabağ"ın daha bir futbolçusu cəzalı duruma düşüb.
Newsport.az-ın məlumatına görə, bu, Julio Romaodur. O, Konfrans Liqasının pley-offunda hazırda ikinci hissəsi oynanılan "Gent"lə cavab matçında sarı vərəqə limitini doldurub.
Beləliklə, "Qarabağ" mərhələ adlayacağı təqdirdə, o, 1/8 finalın ilk görüşündə iştirak edə bilməyəcək.