"1/8 finala yüksəlmək üçün qan tər tökmək lazım idi" - "Gent"in baş məşqçisi

"Gent"in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qalib gəldikləri cavab oyunundan sonra fikirlərini bildirib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, penaltilərlə qalib gəldikləri (5:3) görüşü belə şərh edib:

"Konfrans Liqasının 1/8 finalına yüksəlmək üçün qan tər və göz yaşı lazım idi. Oyunu cümə günü səhər bitirəcəyimizi təxmin etmişdim. Azarkeşlərə də dəstəyə görə təşəkkür etməliyəm. Atmosfer fantastik idi. Biz onlara "Gelamko Arena"da ilk penaltilər seriyası ilə borcu qaytardıq". 

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk oyun "Qarabağ"ın, Gentdəki cavab matçının əsas və əlavə vaxtı isə "Gent"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında "Gent" üstün (5:3) olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right