"Sabah qol borcumu qaytarmağa çalışacağam" - Ramil Şeydayev

"Sabah bizi maraqlı oyun gözləyir. Bakıdakından fərqli matç olacağını düşünürəm. Xüsusən də rəqibin oyununda. Ümid edirəm ki, mübarizəyə davam edəcəyik".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Ramil Şeydayev Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. Ağdam klubunun forvardı jurnalistlərin suallarını cavablandırıb.

- İlk matçda penaltini vura bilməyəndən sonra bir az psixoloji gərginliyin var idi. Bu mərhələni necə adlaya bildin?
- Qorxulu heç nə yoxdur. Bu, daha böyük turnirlərdə, daha böyük oyunlarda bir çoxlarının başına gəlib. Bunu dünya çempionatının finalında yaşayanlar olub. Psixoloji cəhətdən mənə heç bir təsiri olmayıb. Bu mərhələni adlamışam. Bakıdakı matçdan sonra müsahibəmdə demişdim ki, komandaya qol borcluyam. Sabah fürsət olsa, borcumdan çıxmağa çalışacağam.

- Mövsümün sonunda "Qarabağ"la müqavilən bitir və başqa klublarla danışıq apardığın deyilir. Bu haqda nə deyə bilərsən?
- Bu barədə çox yazdılar. Yazılanların əksəriyyəti həqiqət deyil. Bu haqda düşünmürəm, düşünmək belə istəmirəm. Hazırda qarşıdakı matçları və mövsümün sonunu düşünürəm. Mənim üçün vacib olan qarşıdakı oyunlardır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right