"Gent"in baş məşqçisi: "Sabah yolumuza davam etməliyik"

"Gent" Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah doğma meydanda "Qarabağ"la qarşılaşacaq.

Newsport.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Belçika klubunun baş məşqçisi Heyn Vanhazebruk açqılama verib. 59 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:

"Ümid edirik ki, Alessio Kastro-Montes sağalacaq, o, artıq bu gün qismən məşq edə bildi. Joe Okumu da məşqdə bir az iştirak etdi, lakin bu gün yenidən müayinədən keçməlidir. Edryu Hülsager ümumiyyətlə məşqdə deyildi. Digər oyunçular hələ də reabilitasiya mərhələsindədir. Bazar günü çempionatda keçirdiyimiz matçla təxminən eyni heyət olacaq. Lakin bu dəfə Avropada kifayət qədər oyunçumuz olduğu təəssüratı yaratmaq üçün bir neçə gənc oyunçunu heyətə əlavə etdik (gülür).

Məqsədimiz ilk növbədə Avropa Liqasına vəsiqə qazanmaq idi, buna nail ola bilmədik. Sonra məqsədimiz Konfrans Liqasında qrupdan çıxmaq idi. Artıq buna nail olmuşuq. Lakin indi qarşımıza yeni hədəflər qoyuruq. Keçən il 1/8 finalda mübarizədən kənarlaşdırıldığımız vaxtdan daha yaxşı çıxış etmək istəyərdik. Ona görə də sabah yolumuza davam etməliyik.

"Qarabağ" ötən cümə axşamı ilə müqayisədə bazar günü çempionat matçına doqquz fərqli oyunçu ilə çıxdı. Biz hazırda bunu edə bilmirik

Bakıdakı matçda biz "Qarabağ"ın qol cəhdlərinin yalnız yarısına sahib idik. Bu, yaxşı olmadı. Amma şansları qapıya zərbə ilə tamamlaya bilmədik. Bunun keyfiyyətlə əlaqəsi var. Mən demirəm ki, bizdə o keyfiyyət yoxdur. Amma o imkanları əldə etdikdən sonra dəyərləndirməlisən. Keyfiyyətli komanda olduğumuzu göstərməliyik".

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right