Andrade: "Hər birimizdə qol vuracağımıza inam var idi"

"Qarabağ"ın futbolçusu Leandro Andrade Konfrans Liqasının pley-off mərhələsində "Gent"i məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlama verdi.

Newsport.az xəbər verir ki, 1:0 hesabıyla başa çatan oyunda yeganə qolu vuran yarımmüdafiəçi bunları dedi:

"Qarşımızda çətin rəqib var idi. Bizi çətin oyun gözlədiyini bilirdik. Qələbə qazandıq. Heyətimizdə dəyişikliklər olub, bir çox futbolçu klubu tərk edib. Yenə də, qələbə qazandıq. Çalışmaq lazımdır ki, növbəti oyunlarda da yaxşı nəticə əldə edək.

Hamımız meydana çıxırıq və ağlımızda qələbə qazanmaq idi. Hər birimizdə qol vuracağımıza inam var idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right