"Gent"in baş məşqçisi: "Növbəti mərhələyə adlamaq şansımız qalıb"

"Gent" Avropa Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

 

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Belçika klubunun baş məşqçisi Heyn Vanhazebruk jurnalistlərin suallarını cavablandırıb:

- 80 dəqiqə 0:0 hesabını qorunuduz, sonda qol buraxdınız. Növbəti mərhələ şanslarınızı necə dəyərləmndirirsiniz?

- Matçın 0:0 bitməsini istəmirdim. Bərabər səvəyiyəli oyun getdi. "Qarabağ" qədər bizim də şansımız oldu. İlk 20 dəqiqə epizodlarımız var idi. Fikirləşirdim ki, fasiləyə qalib gedəcəyik. İkinci yarıda "Qarabağ" daha hazır çıxdı oyuna. Əvəzetmələr oldu və fərq yaratdılar. Bizdə isə 100 faiz hazır olmayanlar var idi. Penalti qərarı doğru deyildi. Hakimlə VAR arasında danışığı da eşitdim. İstəyərdim ki, daha yaxşı hesabla Belçikaya gedək. Hələ də növbəti mərhələyə adlamaq şansımız qalıb. Əlimizdən gələni edəcəyik.

- Evdəki oyundakı şanslarınız necədir?

- Evdə, doğma azarkeşlər qarşısında oynamaq bizim üçün şansdır. "Qarabağ"ın ehtiyatı yaxşıdır. Oyuna daxil olandan sonra fərq yarada bilirlər. Ev və səfər qolunun önəmi yoxdur. Ya gərək oyunu uzatmalara aparaq, ya da iki qol vurub qalib gəlib, növbəti mərhələyə adlayaq. Şansımız var, sona qədər mübarizə aparacağıq.

- Qapıçının performansını necə dəyərləndirirsiniz?

- İlk yarıda o qədər təhlükə yox idi. Sadəcə itirdiyi top qolla nəticələndi. Rəqib qapıçı üç dəfə top itirdi, amma yararlana bilmədik. Yararlansaydıq, fərqli hesab olardı. Bu səviyyədə gərək səhvlərdən istifadə edəsən.

- "Qarabağ"ı yəqin ki, təhlil etmişdiniz. Bugünkü oyunda rəqib sizi təəccübləndirdi?

- Bizim üçün böyük sürpriz qapıçı seçimi oldu. Gözləyirdik ki, gənc qapıçı olacaq. Çünki son matçlarda o oynayırdı. "Qarabağ"ın hər oyunçusunun özünə görə fərdi ustalığı var. Onlar güclü ehtiyat oyunçular skamyasına sahibdirlər. Hər futbolçu oyunu dəyişə bilər. "Qarabağ"ın 11 yox, 25-30 yaxşı futbolçusu var.

- Hava şəraiti sizə mane oldu?

- Əla hava idi. Belçika da soyuqdur. Orada qar yağmır, bura da yağmırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right