"Gent"in futbolçusu: "Qarabağ" yaxşı komandadır"

"Gent"in futbolçusu Endryu Hülsager Avropa Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin evdə də, səfərdə də yaxşı oyun nümayiş etdirdiyini deyib:

"Oyuna hazıram. Məşqlərdə iştirak etmişəm. Sabah əlimdən gələni edəcəm ki, komandaya kömək edim. Rəqibimiz yaxşı komandadır. Evdə də, səfərdə də yaxşı oyun göstərirlər. Düzdü, çox oyunçularını tanımırıq. Amma başqa səviyyədə oynamalıyıq ki, yaxşı nəticə olsun. Bunu da edəcəyik. Stadionun ot örtüyü ilə tanış olmamışam. Məşqə çıxanda görəcəyəm. Səhər Belçikadan çıxmışıq, axşam məşq edəcəyik. İnanmıram ki, saat fərqinin və uçuşun oyunumuza təsiri olsun”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right