Marko Yankoviç: "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq"

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Konfrans Liqası pley-off mərhələsinin "Gent"lə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi sabah çox vacib oyuna çıxacaqlarını bildirib:

- Sabah çox çətin və çox vacib matça çıxacağıq. Konfrans Liqasının bu mərhələsində asan rəqib yoxdur. Oyun bizim üçün vacibdir. Sabaha qədər bir məşqimiz var. "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq.

- Çempionatdakı heç-heçələrdən sonra futbolçularda psixoloji durum necədir?

- Əvvəlki matçların nəticələrin bu oyuna aidiyyatı yoxdur. Bu, Avropa oyunudur. Sabah bizə heç bir təsiri olmayacaq. Əlimizdən gələni edəcəyik ki, doğma azarkeş qarşısında qələbə qazanaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right