"Qarabağ"ın "Gent"lə matçlarının başlama saatı dəqiqləşdi

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

 

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

 

Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right