"Fiorentina" azarkeşləri: "Qarabağ" ən əlverişli rəqiblərdən biridir"

Konfrans Liqasının pley-off mərhələsində potensial rəqiblər arasından ən arzuolunan rəqibi müzakirə edən "Fiorentina"nın azarkeşləri "Qarabağ"a daha çox diqqət ediblər.

Newsport.az-ın məlumatına görə, Florensiya klubunun fanatlarının saytı kimi tanınan "violanation.com"da "Qarabağ" ən uyğun rəqib olduğu yazılıb.

İtaliyalı azarkeşlər "Qarabağ"ın bundan əvvəl "Fiorentina" ilə qarşılaşdığını da xatırlayıb: "Ən əlverişli rəqiblərdən Kiprin AEK, Moldovanın “Şerif”di. Azərbaycanın “Qarabağ” klubu da əlverişli rəqiblərdən biridir. "Qarabağ"la 2016/2017 mövsümündə üz-üzə gəlmişik və qələbə qazanmışdıq.

Ötən mövsüm “Roma”nı darmadağın edən “Bodye-Qlimt” xüsusi diqqətə layiqdir. Fevrala qədər çempionatlarının başlamayacağını nəzərə alsaq, onları da "qara qutu" adlandırmaq olar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right