Konfrans Liqasında həftənin ən yaxşısı məlum oldu

Avropa Konfrans Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, həftənin ən yaxşısı "Vest Hem"in yarımmüdafiəçisi Pablo Fornals seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı vinger azarkeşlər arasında keçirilən səsvermədə "Slovan"dan Aleksandar Çavriç, "Fiorentina"dan Rikkardo Saponara və "Lex"dən Mixał Skoraşı qabaqlayıb.

Qeyd edək ki, Pablo Fornals "Vest Hem"in "Styaua"nı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right