"Qarabağ" ardıcıl 2-ci dəfə Konfrans Liqasının pley-offunda

"Qarabağ" ardıcıl ikinci mövsüm UEFA Konfrans Liqasının pley-offunda iştirak edəcək.

Newsport.az-ın məlumatına görə, Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq.

Ölkə çempionu G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutub. Pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.

Qeyd edək ki, "Qarabağ" 2021/2022 mövsümündə də eyni turnirin pley-offunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right