2022/23 mövsümü Avropa kuboklarında Azərbaycan klublarının rəqibləri olmuş komandalar qitəmiqyaslı yarışda mübarizəni davam etdirirlər.
Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a məğlub olmuş “Ferentsvaroş” (Macarıstan) hazırda Avropa Liqasının pley-off mərhələsində yarışır. Budapeşt təmsilçisi turnirin bu mərhələsinin ilk matçında dünən İrlandiyanın “Şemrok Rovers” komandasını qəbul edib. Stanislav Çerçesovun komandası “Qarabağ”a ağır məğlubiyyətin əvəzini sanki irlandlardan çıxıb. 4:0 hesabı ilə inamlı qələbə qazanan macarlar Avroliqanın qrupuna düşmək üçün yaxşı imkan qazanıblar.
ÇL-in ikinci mərhəsində “Qarabağ”ın rəqibi olmuş “Sürix” də Avroliqanın pley-offundakı ilk görüşünü qələbə ilə başa vurub. İsveçrə təmsilçisi öz meydanında Şotlandiya “Harts”ından üstün olub - 2:1.
“Qarabağ”ın ÇL-in birinci mərhələsində rəqibi olmuş “Lex” (Polşa) isə Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə “Düdelanj”ı (Lüksemburq) qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Digər təmsilçilərimizdən “Neftçi”ni KL-in üçüncü mərhələsindən uzaqlaşdıran “Rapid” (Vyana) pley-offda ilk matçını Lixtenşteyndə yerli “Vaduts”a qarşı keçirib. Oyun 1:1 hesabı ilə başa çatıb.
İkinci mərhələdə “Zirə”nin rəqibi olmuş “Makkabi” (Tel-Əviv, İsrail) pley-offda öz meydanındakı ilk matçında Fransa “Nitsa”sına qalib gəlib - 1:0.
Digər təmsilçimiz “Qəbələ”dən üstün olan Macarıstanın “Ferehvar” komandası isə Almaniyada “Köln”ə 2:1 hesabı ilə qalib gəlib.