Patrik Andrade “Partizan”da ilk qolunu vurdu

"Qarabağ”ın sabiq yarımmüdafiəçisi Patrik Andrade yeni klubu “Partizan”da ilk qolunu vurub.

Newsport.az-ın məlumatına görə, Belqrad təmsilçisi dünən Konfrans Liqasının birinci pley-off matçında Maltanın “Hamrun” komandasını qəbul edib. Oyun 4:1 hesabı ilə Serbiya təmsilçisinin xeyrinə başa çatıb. Andrade 30-cu dəqiqədə 3-cü qolun ötürməsini edib. 77-ci dəqiqə isə 29 yaşlı Kabo-verdeli futbolçu matçda son nöqtəni qoyub.

Xatırladaq ki, P.Andrade 2020-22-ci illərdə “Qarabağ”da oynayıb. O, bu yay müqaviləsinin müddəti başa çatdıqdan sonra Ağdam klubundan ayrılıb və “Partizan”a keçib.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah