Ferdinand Feldhofer: "Kifayət qədər ağır oyun oldu"

"Matç kifayət qədər ağır oldu. Bakıdakı görüşə zəif başlamışdıq. Evdə öz gücümüzü hiss etdik".

 

Newsport.az xəbər verir ki, bunu Avstriyanın "Rapid" komandasının baş məşqçisi Ferdinand Feldhofer "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

 

43 yaşlı mütəxəssis qarşılaşmanın kifayət qədər qəliz olduğunu bildirib.

 

Feldhofer bir neçə epizodda topu dirəyə vurduqlarını xatırladıb: "Növbəti raundda "Vaduts"la (Lixtenşteyn) üz-üzə gələcəyik. Rəqibi ilk matçdan sonra analiz etmişik. Qarşımıza qoyulan hədəflərə çatmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right