"Neftçi" "Rapid" üçün yola düşdü

"Neftçi" "Rapid" (Vyana) komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.

 

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ı paytaxt Vyanaya aparan təyyarə saat 09:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

 

Yeni transfer Vato Arveladze də komanda ilə birlikdə səfərə yollanıb. 24 yaşlı gürcüstanlı oyunçu "Rapid"lə qarşılaşmalara sifariş olunmadığı üçün meydana çıxa bilməyəcək.

 

Klub prezidenti Kamran Quliyev isə Türkiyədə olduğu üçün oradan Vyanaya gedəcək.

 

Qeyd edək ki, avqustun 11-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right