"Oyunun sonu heç də yaxşı bitmədi" - "Neftçi"nin futbolçusu

“Oyunun sonu heç də yaxşı bitmədi. Bir həftə vaxtımız var ki, növbəti oyuna hazır olaq. Çalışacağıq ki, cavab matçına yaxşı hazırlaşaq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin israilli futbolçusu Ataa Caber Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Rapid”lə keçirilən oyundan (2:1) sonra “CBC Sport”a açıqlamasında deyib.

Bu yay “Neftçi”yə transfer olunan futbolçu görüşdə ilk qolu vurub. O, artıq komandaya uyğunlaşdığını bildirib: “Əlbəttə ki, özümdə inkişaf görürəm. Bu da etdiyim ağır məşqlərə, məşqçilərimə, komanda yoldaşlarıma görədir”.

A.Caber sonda azarkeşlərə təşəkkür edib: “Azarkeşlər sadəcə olaraq mükəmməl idilər. Ümidvaram ki, onlar növbəti oyunlarımıza da gəlib, bizə dəstək olacaqlar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right