Laurentsiu Regekampf: "Sabah qalib gəlməyə çalışacağıq"

Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Neftçi" - "Rapid" görüşündən öncə ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.

 

Newsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis sabah keçiriləcək oyunla bağlı danışıb.

 

- Sabah bizim üçün çox vacib matç olacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək və növbəti mərhələyə adlamaq üçün bir addım ataq. Sabah qalib gəlməyə çalışacağıq. Çətin olacağını bilirik. Çünki "Rapid" çox güclüdü. Amma mən öz komanda inanıram. Stadionda olacaq atmosferə güvənirəm. İnanıram ki, futbolçularım sabah yaxşı oyun göstərəcəklər.

 

- "Rapid"lə oyundan gözləntiniz nədir?

- Çox çətin rəqibdi. "Rapid" çox yaxşı çempionatda mübarizə aparır. Bizim üçün asan oyun olmayacaq. Amma biz bu oyuna çox yaxşı hazırlaşmışıq. Ümidvaram ki, sabah oyunçularım "Aris"lə matçdakı inamı və mübarizəni bu oyunda da göstərə biləcəklər.

 

- "Aris"lə səfərdə uduzsanız da, evdə qalib gəldiniz. Sabahkı oyunda da "Neftçi"də inamı, qığılcımı görə biləcəyik?

- Bəli, mən buna ümid edirəm. Hamımız çox motivasiyalıyıq. Məqsəd qoymuşuq qarşımıza. Bu səviyyəni qoruyub-saxlamlıyıq. Eyni cür döyüşməliyik. Ümid edək ki, 90 dəqiqədən sonra qalib gələcəyik.

 

- Mert Çelik haqda məlumatınız var? Samir Abasovun dövründə oynayırdı. Sabah da oynaması mümkündü?

- Onun çox oyunlarını görməmişik. Komandaya dünən qatılıb. Xoş gəlib. Səviyyəli oyunçudu. Komandada onunla eyni mövqedə oynayan futbolçularla rəqabət aparıb, əsas heyətdə yerini qazanmalıdı. Mənə elə gəlir ki, ona vaxt lazımdı. Yeni mentatlitet və düşüncə ilə gəlib. Çünki yeni baş məşqçi var. Ona görə ona bir az da vaxt lazımdı.

 

- "Aris"lə matçla müqayisədə əsas heyətdə dəyişiklik olacaq?

- Bu barədə heç nə deyə bilmərəm.

 

- Növbəti mərhələ üçün transfer nəzərdə tutulub?

- Bizim sabah oyunumuz var. Mert komandamıza qoşulub. Çox sevinirəm komandamıza gəlişinə. Çünki həmin mövqedə oyunçuya ehtiyac var idi. Biz komanda bütövlükdə oyuna köklənmişik. Əgər ehtiyac olarsa, güclü oyunçu gətirə bilsək, edəcəyik.

 

- Mert Çelik ötən mövsüm həm sağ cinah müdafiəçisi kimi, həm də mərkəz müdafiəçisi kimi oynayırdı. Siz ona necə güvənəcəksiz?

- Mərkəz və sağ cinah müdafiəçisi, yarımmüdafiəçi kimi görürəm onu. Cavandı və komandamızda daha çox inkişaf edəcək.

 

- Nə əcəb indiyə qədər rumıniyalı futbolçu gətirməmisiniz? İstədikləri pulu verə bilmirsiz, yoxsa güvəndiyiniz rumıniyalı yoxdu?

- Söhbət bundan getmir. Büdcəyə uyğun gətirmək istəsək, gətirərik. Biz oyunçuları milliyətinə görə analiz etmirik. Oyunçunu analiz edirik, ehtiyacımız olan mövqeyə görə gətirik. Həm də büdcəmizə uyğun olmalıdı. Yəni, hansısa futbolçu hərtərəfli bizə uyğun olsa, milliyətindən asılı olmayaraq onu komandaya gətirərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right