"Aris"in kapitanı "Neftçi" məğlubiyyətindən sonra: "Hər uğursuzluq sizi daha güclü etmək üçün mövcuddu"

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"yə uduzan "Aris" avrokuboklardakı çıxışını dayandırdı.

Newsport.az-ın məlumatına görə, Limassol klubunun kapitanı Delmiro instaqram hesabında "Neftçi" məğlubiyyətini nəzərdə tutaraq bunları yazıb:

"Dözümlülük, məğlub olduqdan sonra yenidən cəhd etməyə davam etmək bacarığıdır.

Yol boyu hər bir büdrəmə və ya uğursuzluq daha güclü etmək üçün mövcuddu".

Xatırladaq ki, "Aris" ilk oyunda evdə 2:0 qalib gəlsə də, Bakıda 0:3 uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right