"Bizim hədəflərimiz dəyişmir" - Fariz Nəcəfov

"Komandamızda beynəlxalq təcrübəsi az olan futbolçular var. Rotasiya etmək üçün baş məşqçi Elmar Baxşıyevin əlində kifayət qədər oyunçu yox idi. Amma buna baxmayaraq, komanda cavab matçında xarakter göstərdi".

 

Newsport.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov evdə Macarıstan "Fehervar"ına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsini n cavab oyunu ilə bağlı danışarkən deyib.

 

44 yaşlı funksioner Macarıstanda birinci görüşdəki 1:4 hesablı məğlubiyyəti təcrübəsizliklə əlaqələndirib: "İlk qarşılaşmada daha yaxşı çıxış edə bilsəydik, daha fərqli nəticə qeydə alınardı. Heyətimizdə gənc futbolçular çoxdur. İlkin Qırtımovun zədələnməsi və Murad Musayevin qırmızı vərəqə alması hesabın böyük olmasına gətirib çıxardı. Rəqib də güclü heyətə malikdir. Səfərdəki məğlubiyyətin ən böyük səbəbləri bunlardır. Başqa səbəb axtarmağa ehtiyac belə yoxdur".

 

Nəcəfov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də söz açıb: "Bizim hədəflərimiz dəyişmir. Əlimizdə olan imkanlardan maksimum istifadə etmək və yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətindəyik. Nəyə gücümüz çatırsa, onu da edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right