"Kifayət qədər yaxşı oynamadığımızı düşünürəm" - "Makkabi"nin baş məşqçisi

İsrail “Makkabi”sinin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə qolsuz bərabərə qaldıqları cavab oyununu şərh edib. 

Newsport.az-ın məlumatına görə, ilk matçda qazanılan 3:0 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksələn komandanın baş məşqçisi deyib: “Fərqli oyun görmək istəyirdik, dominant olmaq və oyunda müəyyən şeyləri təkmilləşdirmək istəyirdik. Kifayət qədər yaxşı oynamadığımızı düşünürəm. Bu, bir problemdir. Özümüzü inkişaf etdirməliyik. Burada problemlərimizi təhlil etməyəcəyəm. 

Oyunlara hazır deyilsənsə, qalib gələ bilməzsən.  İlk oyunda qalib gəlmək barədə danışdıq, çünki ciddi idik və tez qol vurduq. Bu isə oyunu dəyişdi. Yenə deyirəm, hələ yaxşılaşdıracağımız çox şey var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right