Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionatının gümüş mükafatçısı “Neftçi” də növbəti matçına çıxıb.
Paytaxt klubu Bakıda Kipr “Aris”ini qəbul edib. Səfərdə 0:2 hesabı ilə uduzan təmsilçimiz öz meydanında möhtəşəm geridönüş edib və 3:0 hesablı qələbə ilə 3-cü mərhələyə yüksəlib.
"Neftçi" növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
28 iyul
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0
Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 54, Kenni Sayef, 62
Qırmızı vərəqə: Morqan Braun, 82 (2-ci sarı vərəqə, "Aris")
Baş hakim: Bastian Donkert (Almaniya)
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:2