Konfrans Liqası: "Neftçi"nin üçüncü mərhələdəki rəqibi məlum oldu

Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan "Neftçi"nin rəqibi məlum olub.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu üçüncü mərhələdə Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.

Görüşlə avqustun 4 və 11-də baş tutacaq. 

"Lexiya" (Qdansk, Polşa) - "Rapid" (Vyana, Avstriya) - 1:2

Qollar: Kuhn, 16 (0:1), Qrull, 18-pen (0:2), Zvolinski, 83 (1:2)

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyunun avqustun 4-ü evdə keçirəcək. Cavab qarşılaşması isə 1 həftə sonra Vyanada olacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right