"Axmaq səhvlər etdik" - "Aris"in baş məşqçisi

Konfrans Liqasında II təsnifat mərhələsinin “Neftçi” – “Aris”cavab matçından (3:0) sonra təşkil olunan mətbuat konfransında Kipr klubunun baş məşqçisi Aleksey Şpilevski jurnaliastlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, öncə oyun barədə fikirlərini bildirdi...

- Belə oyundan sonra söz tapmaq çətindir. Biz mərhələni bu gün yox, ilk matçda uduzmuşduq. Çünki 100 faizlik epizodlarımız var idi, qola çevirməliydik. Ondan qorxurdum. Bu gün daha çətindi. Azarkeşlər ev sahibini irəli səsləyirdi. Ola bilər ki, təcrübə əhəmiyyətli rol oynadı. Rəqib Avropada daha təcrübəlidir. Çox axmaq səhvlər etdik. Hətta qırmızı vərəqədən sonra da cəhdlərimiz oldu. Hər məğlubiyyətdən dərs çıxarmaq lazımdır. Ən pisi odur ki, növbəti dəfə avrokuboklarda oynamaq üçün 1 il gözləməliydik. Ancaq alınmadı. “Neftçi”ni təbrik edirəm. Onlara uğur arzulayıram.

- Futbol gözəllikdir, mədəniyyətdir. Ancaq komandanız ilk dəqiqələrdən sona qədər çox aqressiv idi, matçdan sonra da oyunçunuz rəqibə hücum etdi...
- Bu futbolu qəbul etmirsizsə, sizin problemiminizdir, mənim yox. Bu, bizim oyun stilimizdir. Bəyənmirsizsə, özünüz bilərsiz. Bəs ingilis futbolu barədə nə deyəcəksiz? Onlar daha aqressiv oynayır. Bugünkü oyunumuzun çox aqressiv olduğunu düşünmürəm. Üslubumuz bizdən belə oynamağı tələb edirdi. Uduzurduq və irəli gedib qol vurmalıydıq.

- Kiprdəki matçın son saniyələrində həmyerliniz qol vura bilmədi. O zaman daxilinizdə bir narahatlıq yarandımı ki, cütün taleyini həmin epizod həll edəcək?
- Tək o epizodu deməzdim. Həm Kiprdə, həm burada çoxlu qol şanslarımız var idi. Bunlardan istifadə edə bilmədik. Futbolda belə anlar olur. Bəhanə axtarmaq istəmirəm. Uduzan tərəf bizik. Bəhanələr demək hörmətsizlik olar. Tək həmin epizod həlledici olmadı.

- İlk matçdakı 2 topluq üstünlük kifayət qədər yaxşı sayılır. Taktikada uduzduz, yoxsa psixoloji baxımdan?
- Bu suala cavabı bilsəydim, mütləq deyərdim. Oyunçuların beyninə tam olaraq girə bilmərəm. Ola bilər, qələbədən sonra kimsə rahat olsun. Bilirdim ki, burada çətin olacaq. Nəticədə uduzduq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right