Elmar Baxşıyev: "Komandam göstərdi ki, psixoloji cəhətdən çox möhkəmdi"

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubuna 1:2 hesabı ilə məğlub olub.

 

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyunun çətin keçəcəyini öncədən bilirdik. Rəqib yaxşı təşkilatlanmış komandadır. İlk oyunda böyük hesabla uduzmağımıza baxmayaraq, komandam oyuna yaxşı motivasiya ilə çıxmışdı. Bir az şansımız olsaydı, nəticə fərqli ola bilərdi. Daha da güclü olacağıq. 

 

- Ehtiyat qüvvənizin olmamağı oyununuza necə təsir etdi? Sanki Konfrans Liqasından daha çox Premyer Liqaya hazırlaşırsız?

- Turnirə o qədər də soyuq yanaşmamışdıq. Biz də istəyərik ki, geniş heyətimiz olsun. Hər şey büdcəyə bağlıdır. Ehtiyat qüvvəmiz olsaydı, ilk matç da fərqli ola bilər. Nə qədər geniş heyətimiz olsa, o qədər yaxşı olar. Oyunun sonunda bəzi futbolçular yorulmuşdu. Amma onları əvəz etməyə oyunçumuz yox idi,

 

- İlk oyundakı komandanız yorğun görünürdü. Sanki ikinci hissədə komanda oyundan qopdu...

- Fiziki heç bir problem yoxdur. Bu gün də gördüz. İlk matçda ilkin Qırtımovun dili qatlanandan sonra heç kim futbolu düşünmürdü. Bu, oyunumuza təsir etdi. Bundan başqa komandanın 99 faizi ilk dəfədir avrokubokda oynayır. Təcrübə də öz sözünü deyir. Həyəcan oyunumuza təsir etdi.

 

- Böyükhesablı məğlubiyyətdən sonra bu gün komandanı motivasiya etmək çətin olmadı?

- Komanda göstərdi ki, psixoloji cəhətdən çox möhkəmdir,





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right