"Neftçi" - "Aris" oyununa satılmış biletlərin sayı

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin "Aris" klubu ilə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

 

"Ağ-qaralar"ın mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, qarşılaşma üçün 7 minə yaxın bilet alınıb.

 

Matçın keçiriləcəyi "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir.

 

Qeyd edək ki, bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right