Rəşad Sadıqov: "Komandamız son matçdakı nəticəni artıq unudub"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Makkabi" ilə (Tel-Əviv) oyunundan öncə mətbuat konfransı iştirak edib.

Newsport.az-ın məlumatına görə, Sadıqov görüşlə bağlı bunları deyib:

"Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq".

Qeyd edək ki, sabah "Blumfild" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right