"Aris"in kapitanı: "Meydana qələbə üçün çıxacağıq"

"Aris"in kapitanı Delmiro Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" ilə oyunundan öncə mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, Limassol klubunun üzvü sabahkı oyunla bağlı bunları deyib:

"Sabah bizim üçün çox çətin olacaq. "Neftçi" evdə oynayır, buna baxmayaraq biz sabah qələbə üçün mübarizə aparacağıq. Yenə də qalib gəlməyə çalışacağıq. Özümüzü normal hesab edirik. Dolu tribuna qarşısında oynamağa hazırıq. Oyunöncəsi narahatçılıq var, amma bu, normaldı. Biz sabahkı oyuna hazırıq. Hər hansı üstünlüyümüzün olduğunu düşünürəm. Meydana qələbə üçün çıxacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right