"Neftçi" sabah meydana böyük motivasiya ilə çıxacaq" - "Aris"in baş məşqçisi

"Bu matçdan gözləntilərimiz böyükdür. İlk matç bizim üçün yaxşı motivasiyadır.

Newsport.az-ın məlumatına görə, bunu "Aris"in baş məşqçisi Aleksey Şpilevski Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

34 yaşlı mütəxəssis bildirib ki, ilk görüşün nəticəsi onları aldatmamalıdır: "Neftçi" sabah meydana böyük motivasiya ilə çıxacaq. Növbəti mərhələ haqqında danışmaq tezdir. Yalnız sabahkı qarşılaşmanı düşünürük. Rəqib doğma fanatları qarşısında iki və daha çox qol vurmağa çalışacaq. Buna imkan vermək istəmirik. Bizi çətin oyun gözləyir". 

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right