Emin Mahmudov: "İndiki məqamda geridönüş etmək olar"

"Məncə, çox da danışmaq lazım deyil. Bizim üçün vacib oyundu. Oyuna daha istəkli, daha aqressiv və yalnız qələbə üçün çıxmalıyıq. Rəqibimiz də yaxşı, aqressiv komandadı. İlk oyunla müqayisədə daha yaxşı oynamalıyıq ki, növbəti mərhələyə adlayaq".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Konfrans Liqasının "Aris"lə oyunundan öncə təşkil edilən mətbuat konfransında danışan Mahmudov sabahkı görüşdə əllərindən gələni edəcəklərini söyləyib: "İlk görüşdə yaxşı ki, son dəqiqə rəqib qol epizodundan istifadə edə bilmədi. Yoxsa, hesab 3:0 olardı. İndiki məqamda geridönüş etmək olar. Buna inanırıq. 3-4 həftə keçib, biz bir-birimizi daha da yaxından tanıyırıq. Biz tam olaraq baş məşqçinin istədiyi kimi oynaya bilməmişik. Yeni oyunçular gəlib. Bir-birimizə uyğunlaşmamışıq. Məncə, bir aydan sonra bir-birimizi daha yaxşı tanıyacağıq, məşqçinin istədiyini yerinə yetirəcəyik. İndiki vəziyyətdə bizə lazım olan nəticədi. Hamımız sabahkı oyunun məsuliyyətini dərk edirik. Sabah görəcəksiniz ki, uşaqlar meydanda vuruşacaq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right