Laurentsiu Regekampf: "Kiprdəki nəticənin təsadüf olduğunu göstərməliyik"

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Aris"lə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın oyunöncəsi mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis sabah keçiriləcək matçla bağlı jurnalistlərin suallarını cavablandırıb:

“İlk oyunu Kiprdə uduzduq. Həmin oyunu analiz etdik. Sabaha yeganə məqsədimiz var. Meydana çıxaraq Kiprdəki nəticənin təsadüf olduğunu göstərməliyik. “Aris”ə çox böyük hörmətlə yanaşırıq. Sabah əlimizdən gələni edəcəyik ki, oyunda dönüş yaradaq. Sabah özümüz və fanatlarımız üçün qələbə qazanaraq növbəti mərhələyə çıxmağa çalışacağıq.

- Qarşıya qoyulan məqsəd nədir, oyununuzu yaxşılaşdırmaq, yoxsa mərhələni adlamaq?
- Biz indi rəqibi daha yaxşı tanıyırıq. Kiprdəki matçın birinci hissəsində xatırlayırsızsa, “Aris”in 100 faizli qol imkanı var idi. Bizim də yaratdığımız qol epizodları oldu. Hətta rəqibin qapısına penalti də təyin edilə bilərdi. Amma bu olmadı. Daha sonra “Aris”in mərkəz müdafiəçisi ikinci sarı vərəqə almalı və meydandan qovulmalı idi. Çünki qapıçımıza qarşı kobud oynamışdı. “Aris”in pressinq etməsi normal idi. Çünki evdə oynayırdılar. Biz də eyni şeyi sabah etmək istəyirik. Öz komandama çox inanıram. Sabah gözəl oyun oynayaraq, gözəl nəticə əldə edəcəyik. Bunu necə edəcəyimizi sabah görəcəksiniz.

- Məğlubiyyətdən sonra vəziyyət necə idi? Sizə olan təzyiqlər necədi?
- Düşünürəm ki, bütün dediklərim sizə düzgün tərcümə olunur. Burada “Aris”ə qarşı, onlar haqda pis söz deməyə gəlməmişəm. Ən böyük istəyim odur ki, “Neftçi” fanatlarımna göndərirəm ki, sabah meydanda döyüşəcəyik, vuruşacağıq. Məsuliyyət yalnız mənim üzərimə düşmür. Çalışırıq ki, komanda quraq. Öz oyunçularıma siqnal verməliyəm. Onlar da həmin siqnalı məndən qəbul edib meydanda yerinə yetirməlidilər. İtiriləsi heç nəyimiz yoxdu. İlk oyunun ikinci hissəsinin ilk 20 dəqiqəsi meydanda yatdıq və iki qol buraxdıq. Səmimi desəm, üçüncü qolu da buraxmalıydıq. Həmin qolu buraxsaydıq, köklənmək daha çətin olardı. Mənim üçün bu işarədi. Həftəboyu ilk oyundakı səhvləri göstərim onlara. Sabahkı oyunda yeganə məsuliyyətimiz yaxşı oyun göstərməkdi. Əlimizdən gələnin hər şeyi edəcəyik ki, geridönüş edək. 90 dəqiqədən sonra nəticəyə baxarıq. İndidən deyə bilmərəm ki, sabah 5 qol vuracağıq. Amma onu deyə bilərəm ki, hər bir şeyi edəcəyik.

- Start heyətini özünüz üçün müəyyənləşdirmisiniz?
- Əlbəttə ki, müəyyənləşdirmişəm.

- Dəyişikliklər olacaq?
- Bunu deyə bilmərəm. Sabah görəcəksiniz. Sizə start heyətini deyə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, start heyətdə oynayacaqlar başqa davranışla çıxacaqlar meydanda. Əminəm ki, sabah stadionun dolu olması onlara təzyiq göstərəcək. Mənə elə gəlir ki, azarkeşlərdən təzyiq oyunçuların özünü daha rahat hiss etməsinə kömək olacaq. Düşünürəm ki, sabah fanatlarımızla birlikdə bunu qeyd edəcəyik.

- Yeni transferlərin neçə faizi sizin oyun stilinizə uyğundu?
- Bütün transferlər klub rəhbərliyi, idman direktoru, skautinq şöbəsilə birlikdə edilir. Vaxtımız az idi. Buna görə də daha çox futbolçulara baxa bilmədik. Düşünürəm ki, düzgün seçimlər etmişik. Etdiyimiz transferlər bizim üçün xeyirli olacaqlar.

- Mərhələni adlaya bilməsəniz belə, qələbə qazanacağınıza söz verirsiz?
- Danışmaq çox asandı. Söz verib, bunu edə bilməmək yaxşı deyil. Mən o cür insanlardan deyiləm. İlk oyunun nəticəsinə görə çox üzüldüm. Oyunçularımla analiz etmişik. Artıq fanatlarımızla da görüşümüz olub. Əminliklə deyə bilərəm ki, sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibə qarşı oynayırıq. Biz də ehtiyatlı olmalıyıq. Futbolçularımın hər şeyi yaxşı başa düşürlər. Onlara çox inanıram.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right