Elmar Baxşıyev: "Mənim komandam da "Fehervar" qədər keyfiyyətlidi"

"İlk oyunu məğlub olsaq da, sabahkı matça komanda olaraq hazırıq. Düşünürəm ki, komanda əlindən gələnin artığını edəcək. Öz azarkeşlərimizin qarşısında oynayırıq. Çalışacağıq ki, onları sevindirək".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Təmsilçimizin baş məşqçisi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Fehervar"la oyundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Macarıstandakı 1:4 hesablı məğlubiyyət ədalətli idi, yoxsa hesab fərqli ola bilər? Məğlubiyyətdən hansı dərsləri çıxarmısız?
- Ümumi götürsək, komandanın nümayiş etdiyi futboldan məmmun qaldım. Oyunun müəyyən vaxtlarında komanda istədiklərimizi meydanda maksimum verməyə çalışırdı. Əlbəttə ki, zədələnən futbolçu da komandaya təsir etdi. O, əsas futbolçumuzdu. Onun oyundan çıxması komandanın oyun planında "dizbalans" yaratdı. Rəqibi də fərqləndirərdim. "Fehervar" çox keyfiyyətli komandadı. Yaxşı futbolçuları var. Mənim komandam da "Fehervar" qədər keyfiyyətlidi. Sabah hər iki komandanı maraqlı oyun gözləyir.

- İlkin Qırtımovun sabah oynamaq ehtimalı nə qədərdi?
- Turnirə başlamamışdan qabaq heyətimiz geniş də deyildi. Zədələnən futbolçu ilə bağlı məsələ sual olaraq qalır. Son məşqimiz var. Ümid edirik ki, həmin məşqdən sonra müsbət qərara gəlib çıxacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right