"Fehervar"ın müdafiəçisi: "Məqsədimiz Qəbələdəki matçda qalib gəlməkdi"

Macarıstanın "Fehervar" klubunun müdafiəçisi Nikola Serafimov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Qəbələ"yə qarşı keçiriləcək cavab oyunu haqda fikirlərini bildirib. 

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan şimali makedoniyalı müdafiəçi Qəbələdəki görüşün çətin keçəcəyini bildirib:

"Məncə, ilk oyunda ən vacib məqam Kenan Kodronun hesabı bərabərləşdirdiyi qol oldu. Çünki bu, bizə fasiləyə daha rahat getməyə imkan verdi. İkinci hissə yaxşı keçdi, 4:1 hesabı ilə qalib gəldik. Ən əsası odur ki, taleyimiz tamamilə öz əlimizdədir. Müasir futbolda hər şey ola bilər, ona görə də üç qolun üstünlüyünə baxmayaraq, arxayınlaşmamalıyıq. Cavab oyununa tam hazır olmalıyıq. Əminəm ki, “Qəbələ” matçın axarını dəyişmək istəyəcək və sərt oynayacaqlar. Amma biz də hazırlaşırıq. Biz qətiyyətliyik və cavab oyununu öncəsi kollektivdə yaxşı ab-hava var. Məqsədimiz Qəbələdəki matçda qalib gəlməkdi. Növbəti mərhələyə çıxmaq üçün ilk növbədə diqqətimizi özümüzə yönəltməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right