"Neftçi"nin rəqibi Bakıya ciddi itki ilə gəlir

Avropa Konfrans Liqası II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" Bakıya ciddi itki ilə gələcək.

 

Newsport.az xəbər verir ki, Limassol təmsilçisinin yarımmüdafiəçisi Matiya Şpolyariç cavab matçında komandasına kömək edə bilməyəcək. Əzələsində problem olan futbolçu Bakıya gətirilməyəcək.

 

Qeyd edək ki, "Neftçi" Kiprdə keçirilən ilk oyunda "Aris"ə 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab qarşılaşması 28 iyul tarixində "Bakcell Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right