“Neftçi” “Aris”lə oyuna azarkeşlərin dəstəyi ilə hazırlaşır Şəkillər

“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşdığı “Aris” (Limassol) klubu ilə cavab oyununun hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, iyulun 21-də Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komanda birgünlük fasilədən sonra – iyulun 24-də məşqlərə başlayıb.

Bu gün növbəti hazırlıq prosesi “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub. “Neftçi” azarkeşlərinin komandaya dəstəyi ilə keçən məşqdə əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” – “Aris” matçı iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right