“Zirə” ilə cavab oyununda iştirak edə bilər məşhur futbolçu

“Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi”nin (Təl-Əviv”) zədəli futbolçuları sağalıb.

Newsport.az İsrail mətbuatına istinadən xəbər verir ki, Bakıdakı ilk oyunu buraxan üç futbolçu cavab matçına hazır olacaq. Söhbət yarımmüdafiəçilər Dan Qleyzer, Nir Biton və məşhur hücumçu Eran Zahavidən gedir. Hər üç futbolçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Qleyzer və Zahavinin ilk dəqiqələrdən meydanda olması istisna edilmir.

“Makkabi” ilə “Zirə” arasında iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək cavab matçı saat 21:30-da başlayacaq. Bakıdakı ilk oyunda “Zirə” 0:3 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right