Macarıstanda zədələnmiş müdafiəçi "Qəbələ"yə kömək edə biləcək

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Fehervar"la matçında ciddi zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımovun vəziyyəti yaxşılaşıb.

Newsport.az saytına verilən məlumata görə, bölgə klubunun müdafiəçisi Qəbələdə keçiriləcək cavab matçında meydana çıxa biləcək. Belə ki, Macarıstandakı matçın ilk yarısında zədələnmiş İlkinin vəziyyəti yaxşı olduğundan ikinci oyunda komandasına kömək edə biləcəyi gözlənilir.

​Xatırladaq ki, İlkin Qırtımov ilk yarıda rəqiblə toqquşmadan sonra huşunu itirmiş və təcili xəstəxanaya çatdırılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right