"Aris"in forvardı "Neftçi"yə qol vura bilmədi, Belarus futbolu ələ salındı Foto

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşan "Aris" meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.

Newsport.az-ın məlumatına görə, hakimin final fitindən bir neçə saniyə əvvəl isə Limassol təmsilçisinin futbolçuları üçüncü qolu “Neftçi”nin qapısından keçirməyə yaxın olub.

Amma Kipr klubunun belaruslu futbolçusu Yevgeni Yablonvski təkbətək epizodda topu qapının üstündən vurub. Belarusun sosial şəbəkədə tanınmış futbol səhifələrindən olan "belarusfoot" isə Yablonskinin timsalında ölkə futbolunu bu paylaşımla ələ salıb:

"Belarus futbolunun səviyyəsini tamamilə hər yerdə izləmək olar. Yevgeni Yablonskinin “Aris” – “Neftçi” matçının son dəqiqələrində qaçırdığı epizod".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right