"Neftçi"yə daha çox qol vura bilərdik" Matiya Şpolyariç

"Neftçi" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Aris"ə 0:2 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra Limassol təmsilçisinin yarımmüdafiəçisi Matiya Şpolyariç açıqlama verib. 25 yaşlı futbolçu verilən tapşırıqların öhdəsindən gəldiklərini deyib:

“Rəqibi təhlil etmişdik və yaxşı komanda olduğunu bilirdik. Qələbə qazandığımız üçün xoşbəxtik. Daha çox qol vura bilərdik. Hazırlıq mərhələsində çox çalışmışdıq. Tapşırıqların öhdəsindən gəldik”.

Qeyd edək ki, "Neftçi" ilə "Aris" arasında cavab oyunu 28 iyul tarixində Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right