Öncə Regekampf, sonra Şpilevski

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 28-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyunu öncəsi ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbir iyulun 27-si saat 18:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı, 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right