"Qəbələ"nin futbolçusu: "Əlimizdən gələni meydanda etməyə çalışdıq"

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifatb mərhələsinin ilk oyununda səfərdə Macarıstanın "Fehervar" klubuna 1:4 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Rövlan Muradov matçdan sonra instaqram hesabında paylaşım edib. 24 yaşlı futbolçu azarkeşlərə təşəkkürünü bildirib:

“Sonda nəticə ürəyimizcə olmasa da, əlimizdən gələni meydanda etməyə çalışdıq. Bir bir ailəyik. Yaxşı gündə də, pis gündə də birik. Bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la cavab oyununu iyulun 28-də Qəbələdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right