"Fehervar"ın forvardı: "Yekun hesab "Qəbələ" ilə oyunun nə qədər çətin keçdiyini tam əks etdirmir"

"Fehervar"ın hücumçusu Kenan Kodro Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Qəbələ"yə qarşı keçirilən görüşünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan təcrübəli forvard görüşlə bağlı bunları deyib:

"Yekun hesab “Qəbələ” ilə oyunun nə qədər çətin keçdiyini tam əks etdirmir. Xüsusən də ilk yarı planlaşdırıldığı kimi alınmadı. Biz tez-tez top itirirdik, rəqibimiz isə təhlükəli əks-hücumlar edərək aqressiv futbol oynayırdı. İkinci hissədə xeyli kompakt oynadıq, çoxlu imkanlar yaratdıq və üç qol vurduq ki, bu da yekun qələbəyə inam yaratdı. Ancaq futbolda hər şey ola biləcəyi üçün üçüncü mərhələyə yüksəlmək məsələsi hələ həll olunmayıb. Ona görə də gələn həftə cavab oyununda da qələbə qazanmaq niyyəti ilə Azərbaycana gedəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right