Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Newsport.az-ın məlumatına görə, o, UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək AİK (İsveç) – “Vorskla” (Ukrayna) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma 27 iyul tarixində baş tutacaq.